Naxçıvanda “Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanı keçirilib. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə reallaşan imtahanın təşkilati işlərində Gənclər və İdman Nazirliyinin əməkdaşı və “NAXGİN” könüllü qrupunun üzvləri də aktiv şəkildə iştirak ediblər. Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.